Sözün və ziyalılığın ünvanı – Rəşad Məcid

Avqustun 21-də çağdaş Azərbaycan ədəbi-ictimai mühitinin görkəmli simalarından biri, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin 61 yaşı tamam olur.
Rəşad Məcidin ömür yoluna nəzər salanda aydın görə bilərik ki, o, yaradıcılığı, publisistikası, ictimai fəaliyyəti ilə sözün, düşüncənin və ziyalılığın təməl sütunlarından birinə çevrilib. Onun bədii əsərlərində insan taleləri, milli düşüncə və mənəvi dəyərlər, publisistik yazılarında isə dövrün reallıqları, ictimai proseslərin əhəmiyyəti özünün dolğun ifadəsini tapır.
Ədəbi-ictimai mühitdə Rəşad Məcidin adı həm də bir məktəb anlamı verir. Çünki o, uzun illərdir rəhbərlik etdiyi “525-ci qəzet” vasitəsilə gənc yazıçıların, şairlərin, publisistlərin, media nümayəndələrinin yetişməsinə, Azərbaycan mətbuatının, ədəbiyyatının yeni nəfəs qazanmasına xidmət edib. Bu mənada onun fəaliyyəti milli mətbuatımızın inkişaf tarixində əhəmiyyətli bir mərhələdir.
61 yaş — həm zəngin həyat təcrübəsinin, həm də yeni yaradıcılıq axtarışlarının vəhdətidir. Rəşad Məcid yaradıcılıq enerjisi, ziyalı mövqeyi və ədəbiyyata sevgisi ilə Azərbaycan sözünün gələcəyinə işıq salır.
Doğum günü münasibətilə Crossmedia.az kollektivi adından Rəşad Məcidə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları, firəvan həyat və söz dünyasının vəhdətində daim işıqlı yol arzulayırıq.
Elmir Heydərli
09:40 21.08.2025
Oxunuş sayı: 2829