Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə paytaxtın müxtəlif parklarında səhər məşqləri start götürür

25 avqustdan etibarən Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə paytaxtın müxtəlif parklarında səhər məşqləri start götürür.
Crossmedia.az nazirliyə istinadən xəbər verir ki, məşqlər aşağıdakı məkanlarda keçiriləcək:
-Zabitlər parkı;
-Mərkəzi park;
-Dədə Qorqud parkı.
Tayçi, gimnastika və yoqa üzrə peşəkarların iştirakı ilə məşqlər həftəiçi 6 gün səhər saat 07:00-dan 08:00-dək keçiriləcək.
-Məşğələlərə hər kəs qoşula bilər;
-İştirak ödənişsizdir;
-Qeydiyyat tələb olunmur.
Səhərini idmanla başla, günün enerjili keçsin! 💪
09:06 21.08.2025
Oxunuş sayı: 869