Ağdərədə dağlıq ərazidə yanğın olub

Ağdərə rayonunun Canyataq kəndində yanğın olub.
Crossmedia.az FHN-ə istinadən xəbər verir ki, dağlıq ərazidə 9 ha sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan evin yanar konstruksiyaları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16:00 20.08.2025
Oxunuş sayı: 560