Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb

Avqust ayının 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətindən Crossmedia.az-a bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.
S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
15:57 18.08.2025
Oxunuş sayı: 579