Ağsuda birmərtəbəli ev yanıb

Ağsu şəhərində birmərtəbəli ev yanıb.
Crossmedia.az Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə xəbər verir ki, Ağsu şəhərində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11:08 17.08.2025
Oxunuş sayı: 637