Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib

Misli
Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.
“Neftçi
Arena”da gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
Qonaqların
heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin
Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd
edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla
üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları
arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1.
Turun
digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" -
"Qarabağ" görüşü isə təxirə salınıb.
22:45 16.08.2025
Oxunuş sayı: 787