"Qafqazinfo.az" xəbər portalı 15 yaşında

16 avqust 2010-cu ildə Azərbaycan media ağacında bir budaq daha çıxdı. "Qafqazinfo.az" xəbər portalı. Ölkədə ən çox oxunan mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur və sayt 24 saat fasiləsiz olaraq yenilənir. Gündəlik dərc olunan xəbərlər, mütəmadi hazırlanan reportajlar, müsahibələr saytı Azərbaycan mediasının bir mühüm tərkib hissəsinə çevirdi.
Portal 15 yaşları ilə bağlı yazı hazırlayıb. Crossmedia.az yazını təqdim edir:
Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının 15 ili tamam olur. 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var.
İstər ölkədaxili, istərsə də dünyada baş verən xəbərləri işıqlandırmaq məqsədilə hər il sıralarımızı genişləndirir, peşəkarları, perspektivli gəncləri ətrafımıza toplayır, həm öyrənir, həm öyrədirik.
Paytaxtdan başqa, regionlarda da olan hadisələrdən anında xəbər tutmağınız üçün bölgə müxbirlərimiz işləyir.
Ölkədə ən çox oxunan mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.
Gələcək hədəfləri aydın olan “Qafqazinfo” sosial şəbəkələrdə də aktivdir. Artıq iki ildir ki, instaqram, feysbuk və teleqram hesablarımız rəsmi olaraq təsdiqlənib.
Qeyd etməliyik ki, “Qafqazinfo”nun sosial şəbəkələri Azərbaycan seqmentində ən çox baxış sayı toplayan platformalardan biridir. Ötən ay instaqramda təkcə bir video 3 milyondan çox izlənilib. Eyni zamanda 2023-cü ildə feysbuk hesabımızda “Bakıda gənclərin “ölüm oyunu” adlı video 78 milyon baxılıb.
İyulun 16-dan avqustun 16-na kimi olan 1 ayda isə “Qafqazinfo”nun instaqram hesabına 131 milyondan çox baxış olub.
İnstaqramda yarım milyondan çox - 583 min, feysbukda 221 min, teleqramda 30 min, TikTok-da 102 mindən çox, yutubda isə 78 min izləyici xəbərləri sözügedən platformadakı hesablarımızdan əldə edir.
Ani bildiriş, sürətli yenilənmə funksiyaları olan mobil tətbiqimiz də həm İOS, həm də Android tipli telefonlar üçün fəaliyyət göstərir.
Şirkət ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir.
15 ildir məlumatları “Qafqazinfo” xəbər verir ki” sözü ilə oxuyan, hətta bəzən xəbər mənbəyinə çevrilən hər bir oxucumuza təşəkkür edirik!
Crossmedia.az olaraq həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
13:54 16.08.2025
Oxunuş sayı: 953