Goranboyda yanğına səbəb olan şəxs saxlanılıb

İyul ayının 8-də Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətindən Crossmedia.az-a bildirilib ki, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
K. Əlirzayev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
09:34 16.08.2025
Oxunuş sayı: 744