"Hazırkı mərhələdə CHP daha çox təmkin nümayiş etdirməlidir" - Açıqlama

Son zamanlar Türkiyədə müxalif partiya təmsilçilərinin, xüsusən də əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndələrini kütləvi həbslər aparılıb. Bu həbslər eyni zamanda, CHP-nin rəhbərliyi və nümayəndələrinin rəhbərliyi ilə bələdiyyələrdə aparılıb. Bələdiyyə sədrləri, üzvləri həbs olunub. Bu da ilk baxışdan daha çox siyasi bir prosesə oxşayıb.
Teleqraf İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə Crossmedia.az-a verdiyi açıqlamasında bildirib:
“CHP sədri barəsində Ankara prokurorluğunda araşdırmalar başlanıb. Həbslər partiyanın rəhbərliyi və nümayəndələrinin bələdiyyələrdəki fəaliyyətinə də yönəlib. İstanbul və digər böyük şəhərlərdə həbslər aparılıb. Bütün müşahidəçilər prosesi böyük təəssüf və bəzi hallarda da təəccüb içində izləyirlər. CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun həbsi də bu prosesin siyasi xarakterini göstərir. Bu həbslər müxalifəti zəiflətməyə yönəlmiş tədbirlərdir. CHP ehtiyatlı davranmalı, hüquqi və strateji addımlar atmalıdır. Həbslərin davam edəcəyi və partiyanın fəaliyyətinə təsir göstərə biləcəyi istisna olunmur. Hazırki mərhələdə Ərdoğanın strategiyası CHP-ni hövsələdən çıxarmağa yönəlibdir və partiyanın gələcəkdə atacağı addımların nəticələrinə təsir edə bilər”.
Daha sonra İmdad Əlizadə prosesin səbəblərinə də toxunaraq qeyd edib ki, bu həbsləri Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini qorumaq strategiyası kontekstində qiymətləndirmək lazımdır. Ərdoğan bu həbslərlə müxalifəti zəiflətməyi və öz hakimiyyətini möhkəmlətməyi hədəfləyir. Eyni zamanda, CHP tarixən hakimiyyətə yaxınlaşdığı zaman bu cür təzyiqlərlə üzləşib və partiyanın ehtiyatlı hərəkəti gələcəkdə hüquqi və siyasi mövqeyinə təsir edə bilər.
İmdad Əlizadə vurğulayıb ki, hazırki mərhələdə CHP daha çox təmkin nümayiş etdirməli, həbs olunan üzvləri müdafiə etməli, amma heç bir ehtiyatsız addım ataraq dövlət aparatının diqqətini üzərinə çəkməməlidir. Eyni zamanda, hakimiyyətin geniş kütləvi informasiya vasitələri üzərindən ictimai rəydə CHP-nin nüfuzunun zədələnməməsinə diqqət yetirilməlidir.
Zəhra Ağayeva
16:40 15.08.2025
Oxunuş sayı: 1608