TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA

10.08.2025-ci il tarixində saat 03:50 radələrində 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) halın pisləşməsi səbəbilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Crossmedia.az TƏBİB-ə istinadən xəbər verir ki, müayinə zamanı körpəyə kəskin respirator xəstəlik diaqnozu təyin edilib.
"Körpəyə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müayinə üçün evə buraxılıb.
10.08.2025-ci il tarixdə körpənin yenidən halı pisləşib və həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, ölümün səbəbi pataloji-anatomik təşrihdən sonra dəqiq müəyyənləşəcək. Hazırda faktla əlaqədar aidiyyəti qurumlar, o cümlədən TƏBİB-in Pediatrik ölümlərin təhlili komissiyası tərəfindən araşdırma aparılır",- deyə əlavə edilib.(Trend)
13:30 15.08.2025
Oxunuş sayı: 657