İsmayıllıda bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs həbs olunub

İsmayıllı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən Crossmedia.az-a bildirilib ki, tədbirlərlə 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
13:21 15.08.2025
Oxunuş sayı: 613