Azərbaycanın yeniyetmə boksçuları MDB Oyunlarına hazırlığı Çində davam etdirəcəklər

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi ölkəmizdə keçiriləcək MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bakıda ilkin mərhələni başa vuran yığma növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.
Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədov Çində Əli Abaslı (48 kq), Ayxan Həsənov, Məhəmməd Rəsulov (hər ikisi 50 kq), Sadiq Musayev (52 kq), Tunar Mehdiyev, İbrahim Bədəlli (hər ikisi 54 kq), Raul Heydərli, Yusif Əliyev (hər ikisi 57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq) və Səftər Məmmədzadəni (+80 kq) yoxlayacaq.
Komanda burada yerli boksçularla hazırlıq keçəcək, sınaq döyüşləri də keçirəcəklər.
Qeyd edək ki, bu gün səfərə yollanacaq millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.
09:58 15.08.2025
Oxunuş sayı: 729