“Araz-Naxçıvan” iki oyunda doqquz qol buraxaraq avrokubokla vidalaşıb – YENİLƏNİB

“Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.
Crossmedia.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu raundun
cavab matçında, Kiprdə “Omoniya” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə
yekunlaşıb.
9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç,
30-cu və 45+4-cü dəqiqədə Evandro, 79-cu dəqiqədə Mateuş Musialovski fərqlənib.
Beləliklə, Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzan
“Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.
23:00 14.08.2025
Oxunuş sayı: 830