"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.
Crossmedia.az xəbər
verir ki, Masazırdakı Əlincə stadionunda baş tutan matç qonaqların 2:0 hesablı
üstünlüyü ilə yekunlaşıb.
Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85)
fərqləniblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1
cavabsız qolla qalib gəlmişdi.
21:52 14.08.2025
Oxunuş sayı: 653