FHN Qazaxda açıq ərazidəki yanğınla bağlı məlumat yayıb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin
helikopterləri cəlb olunub.
Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki
yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində
təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi
yanğından mühafizə edilib.
Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri
davam etdirilir.
Əlavə məlumat veriləcək.
19:32 14.08.2025
Oxunuş sayı: 1137