"Karvan" yeni transferini rəsmən açıqladı

"Karvan" növbəti transferini həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti
məlumat yayıb.
Fransalı müdafiəçi İmani Barker ilə 1 illik müqavilə
imzalanıb. Barker mövsümün sonunadək icarə əsasında Yevlax təmsilçisində çıxış
edəcək.
Qeyd edək ki, "Karvan" daha öncə Eltun Turabov,
Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Silva, Kyle Spence, Gavi
Thompson, Olavale Doen, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant,
Vüsal Məsimov, Moise Ngwisani, Shaquill Sno, Uğur Cahangirov, Vitor Rocha, Səid
İranxan, Joy Slayd Mikels, Pedro Mateusu transfer edib.
18:51 14.08.2025
Oxunuş sayı: 602