TƏBİB - Şamaxıda ağır yol qəzasında doqquz nəfər xəsarət alıb

Bu gün saat 13:00 radələrində Şamaxı rayon ərazisində yol-nəqliyyat
hadisəsi nəticəsində ümumilikdə 9 nəfər 4 nəfər (kişi cinsli) və 5 nəfər (qadın
cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının
Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin
kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel,
sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin
travması, sağ göz ətrafı toxumalarda hematoma və üz nahiyəsində çoxsaylı səthi
sıyrıntılar diaqnozu təyin edilib.
Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator
müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü şəxs (qadın cinsli)
ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat
Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub. Digər şəxslərin müalicəsi
Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
20:24 13.08.2025
Oxunuş sayı: 632