"Levski"nin baş məşqçisi: "Sabah"la cavab matçında uğurlu seriyanı davam etdirmək istəyirik"

"Levski" "Sabah"la oyunda uğurlu
seriyanı davam etdirmək istəyir.
Crossmedia.az xəbər verir ki, bunu Bolqarıstanın
"Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a
qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab
oyunundan öncə mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Bakıya qələbə üçün gəldiklərini söyləyib:
"İlk oyunda son dəqiqə qolu ilə qələbə qazandıq. Rəqibə
hörmətlə yanaşırıq. Çətin görüş olacaq. Qələbə seriyamızı davam etdirmək
istıyirik. "Sabah" yaxşı komandadır. Heyətlərində keyfiyyətli
futbolçular var".
Qeyd edək ki, "Sabah" - "Levski" görüşü
avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.
Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla
qalib gəlib.
19:07 13.08.2025
Oxunuş sayı: 527