Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Avqustun 12-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 3 qumbara, 3 tüfəng, 2 patron darağı və 1015 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
10:27 13.08.2025
Oxunuş sayı: 806