Qubada iki nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov tutulub.
Crossmedia.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, onlardan külli miqdarda psixotrop maddə — metamfetamin, heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
09:11 13.08.2025
Oxunuş sayı: 946