“Şkendiya”nın baş məşqçisi: Matçla bağlı danışmağa sözüm yoxdur

“Bakıya qələbə üçün gəlmişdik”.
Crossmedia.az xəbər verir ki, bu sözləri Şimali
Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar
Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları
cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, “Qarabağ”ı növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik
edib: “Onlar bizdən yaxşı oynadı. Matçla bağlı danışmağa sözüm yoxdur. Sabah
oyunu analiz edəcəyik. Məğlubiyyətə səbəb çoxdur. Səhvlərdən dərs çıxarmaq önəmlidir”,
- deyə Ceton Beqiri bildirib.
23:10 12.08.2025
Oxunuş sayı: 944