Çempionlar Liqası: “Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gələrək pley-off mərhələsinə yüksəlib - YENİLƏNİB

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində
“Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” növbəti pley-off-a
adlayıb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına
Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi
ilə bitib.
Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba
adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol
müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən
Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35), Leandro Andrade
(59) “Qarabağ”ın 5:1 hesablı qələbəsində pay sahibi olublar.
Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1
cavabsız qolla qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı
mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban
Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets”
(Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa
mərhələsində iştirakını təmin edib.
21:49 12.08.2025
Oxunuş sayı: 1452