Laçında müğənni qətlə yetirilib, qardaşı şübhəli bilinir

Laçın rayonunda qətl hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Fingə kəndi ərazisində
qeydə alınıb.
Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov
tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən,
S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa
təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.
20:20 12.08.2025
Oxunuş sayı: 811