ADY Çindən 225 blok-qatar qəbul edib

ADY bu ilin 7 ayı ərzində Çindən 225 blok-qatar qəbul edib və ötən ilin eyni dövrü ilə müqayisədə 80% artım qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (QSC) məlumat yayıb.
“Qeyd olunan dövrdə ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 2 dəfə çoxdur”, - məlumatda bildirilib.
17:48 12.08.2025
Oxunuş sayı: 811