Prezident İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Crossmedia.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.
12:58 12.08.2025
Oxunuş sayı: 636