Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb

Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı iki nəfər müəyyən olunaraq saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə araşdırmalarla yanğının rayon sakinləri Ağaməmməd
Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar
biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə
yayılıb.
Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.
09:14 12.08.2025
Oxunuş sayı: 970