UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxacaq

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.
Crossmedia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi
olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə
üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat
20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.
Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla
qalib gəlib.
Qeyd edək ki, bu cütün qalibi pley-offda “Ludoqorets”
(Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda
görüşəcək.
Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22:15-də
başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada
hesab açılmayıb.
09:03 12.08.2025
Oxunuş sayı: 718