Biləsuvarda bir ailənin üç üzvü yol qəzasına düşüb, ikisi ölüb - YENİLƏNİB 2

Biləsuvarda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Crossmedia.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi "VAZ-2115" markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "VAZ-2115"də olan bir ailənin üzvləri, sürücü E.Niftəliyev və onun 6 aylıq qızı Ahu Niftəliyeva ölüb, həyat yoldaşı 1996-ci il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarət alıb.
Həmçinin "Mercedes"də olan sərnişinlər - 1961-ci il təvəllüdlü Gülağa Qurbanov və 1975-ci il təvəllüdlü Şəhla Orucova xəsarət alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənlərin meyitləri müayinə olunması üçün rayon morquna təhvil verilib.
Məlumata görə, ölən şəxs Saatlı rayonunda müəllim işləyirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
22:02
Crossmedia.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2115" markalı nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
(Report)
23:25 11.08.2025
Oxunuş sayı: 1622