Gömrük nəzarətindən gizlədilən xarici valyuta aşkar edilib

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən gizlədilən 94 270 ABŞ dolları aşkar edilib.
17:31 11.08.2025
Oxunuş sayı: 675