Qanunsuz silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 19 tüfəng, 10 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
10:57 11.08.2025
Oxunuş sayı: 522