İstirahət zonasında nəqliyyatın hərəkəti iflic vəziyyətdədir - Foto

Qəbələdən İsmayıllıya gedən magistral yolda ciddi sıxlıq müşahidə olunur.
Bu barədə Crossmedia.az-a vətəndaşların şikayəti daxil olub.
Qeyd olunub ki, Qaraməryəm-İsmayıllı yolunda tıxac yaranıb. Yolun Qəbələ rayonu ərazisindən keçən hissəsində təmir işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti dayanıb. Hazırda maşınlar hərəkət edə bilmirlər. Əraziyə yol polisi əməkdaşları cəlb olunub.
Məlumata görə, uzunluğu 3 kilometrə çatan tıxacda çox sayda nəqliyyat vasitəsi yolda qalıb.
Dövlət orqanları hələ məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.
Kənan Novruzov
15:19 10.08.2025
Oxunuş sayı: 1148