Şəmkirdə istixana yanıb

Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 800 m² olan istixananın yanar konstruksiyaları, 5 ha sahədə quru ot və müxtəlif növ ağaclar yanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ətraf ərazilər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23:35 09.08.2025
Oxunuş sayı: 1305