Ötən gün 2 avtomat silahı, 5 tüfəng və 1 patron darağı aşkar edilib

Avqustun 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 5 tüfəng və 1 patron darağı aşkar edərək götürüblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
12:13 09.08.2025
Oxunuş sayı: 776