Azərbaycan millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək

Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək.
Bu barədə Crossmedia.az-a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Avqustun 18-dək davam edəcək təlim-məşq toplanışında komanda Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.
09:19 09.08.2025
Oxunuş sayı: 861