Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin XI Milli Seçim Konfransına start verilib

Avropa Gənclər Parlamenti (AGP) Azərbaycan
İctimai Birliyinin XI Milli Seçim Konfransı rəsmi olaraq öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, konfransın ilk
günü ənənəvi olaraq Tanınma və Komanda Quruculuğu Günü ilə yadda qalıb.
Bildirilib ki, Azərbaycanın müxtəlif
bölgələrindən və xarici ölkələrdən gələn 100-dən çox gənc ilk tanışlıqları
qurmaq və əməkdaşlığa zəmin yaratmaq fürsəti əldə ediblər. Müxtəlif interaktiv
oyunlar və fəaliyyətlər vasitəsilə iştirakçılar bir-birini daha yaxından
tanımaq, qarşılıqlı inam və komanda ruhu formalaşdırmaq imkanı qazanıblar. Bu
ilin XI Milli Seçim Konfransının mövzüları, kosmos, aviasiya, rəqəmsallaşma,
süni intellekt, dayanıqlıq, qadınların və uşaqların hüquqlarının
gücləndirilməsi, mühəndislik və texnologiya olub.
Gənclər gün ərzində həm açıq havada, həm də
qapalı məkanlarda təşkil olunmuş tanışlıq oyunlarına və bərabər fəaliyyətlərə
böyük motivasiya ilə qoşulublar.
Günün sonunda isə əyləncəli oyunlar gənclərə
maraqlı və yaddaqalan anlar yaşadıb.
Qeyd edək ki, AGP Azərbaycan İctimai
Birliyinin XI Milli Seçim Konfransı avqustun 12-dək davam edəcək. Proqram
çərçivəsində komitə işi, qətnamələrin hazırlanması, seminarlar, Baş Assambleya
sessiyası, eləcə də Yuxarı Səviyyəli Bağlanış Mərasimi nəzərdə tutulur.
22:20 08.08.2025
Oxunuş sayı: 705