Siyasətçi: “Rusiya zəifləyəcək, Gürcüstan ərazi bütövlüyünü təmin edəcək”

Bu gün Gürcüstanın Osetiya bölgəsinin Rusiya tərəfindən işğalından 17 il keçir. Tarix boyu işğalçılıq siyasəti ilə tanınan Moskva, bu gün də oxşar addımlar atmaqda davam edir. Rusiya tərəfindən həyata keçirilən bu siyasət, təkcə region ölkələrinin ərazi bütövlüyünə deyil, həm də beynəlxalq hüquqa açıq-aşkar ziddir.
Mövzu ilə bağlı Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:
“Təbii ki, bir gün Gürcüstan mütləq öz torpaqlarını azad edəcək. Mən buna əminəm. Rusiyanın zəifləməsi dövrü mütləq olacaq. Beləliklə, Gürcüstan torpaqlarını azad edəcək. Çünki bu, həm beynəlxalq hüquq baxımından, həm də məntiqlə Gürcüstanın haqqıdır. Tbilisi bu haqqından vaxtı gələndə istifadə edəcək”.
Ayhan
20:14 08.08.2025
Oxunuş sayı: 821