Bakı metrosunda dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq -YENİLƏNİB

"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.
36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
YENİLƏNİB-2
Bu gün "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.
Crossmedia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, - o vurğulayıb.
YENİLƏNİB
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Crossmedia.az xəbər verir ki, bu haqda Bakı Metropoliteninin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
09:01 08.08.2025
Oxunuş sayı: 970