Bakı metrosu ötən ay 16 milyon sərnişin daşıyıb

Bakı Metropoliteni iyul ayında 16 milyon sərnişinə xidmət göstərib.
Bu barədə Crossmedia.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata əsasən, ay üzrə ən çox sərnişin iyulun 1-də daşınıb (643 756 nəfər). İyulun 20-si isə 336 702 sərnişinlə ən sakit gün olub.
12:17 07.08.2025
Oxunuş sayı: 657