Qanunsuz odlu silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 qumbara, 8 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.
11:22 07.08.2025
Oxunuş sayı: 704