Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində yeddi nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Qəzada həlak olanların və yaralananların adları məlum olub:
Qəza nəticəsində həlak olanların adları:
1992-ci il təvəllüdlü Bayramov Şadət
Bəsti Nəbiyeva (1975)
Aydın Pənahov (1977)
Qızxanım Tomayeva (1962)
Kənan Məmmədov (2008)
Fəxriyyə Novruzova (1978)
Bağırov Arif (1966)
Xəsarət alanlar:
Şahniyar Pənahova (1975)
Kamran Məmmədov (1969)
Nərmin Əliyeva (2004)
Məcid Qəribov (1995)
Bəkinaz Gözəlova (1970)
09:14 07.08.2025
Oxunuş sayı: 1011