Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib - YENİLƏNİB

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.
Crossmedia.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına yazılıb. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində“Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.
23:45
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir.
Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.
22:59
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçı start götürüb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma "Todor Proeski” stadionunda keçirilir.
Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.
23:50 05.08.2025
Oxunuş sayı: 756