AAYDA: “Çağrı Mərkəzi”nə iyul ayı ərzində 469 zəng daxil olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2025-ci ilin iyul ayı ərzində 469 zəng daxil olub.
Bu barədə Crossmedia.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, zəng edən vətəndaşların 226-nın müraciəti yerindəcə, 170 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 68 müraciət digər qurumlara yönləndirilib.
Bundan başqa, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 5 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib. Sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti qısa müddətdə bərpa olunub.
12:43 05.08.2025
Oxunuş sayı: 906