Tərtər rayonunda baş vermiş silahlı insidentin qarşısı alınıb

Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində "AK-74" markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus VAZ-2114 markalı avtomobilə zərər dəyib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan "AK-74" markalı avtomat silah götürülüb.
Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
00:28 04.08.2025
Oxunuş sayı: 895