Xaçmazda meşə zolağında baş vermiş yanğın söndürülüb

Xaçmazda meşə zolağında baş vermiş yanğın söndürülüb.
Crossmedia.az xəbər verir ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 3 ha sahədə kol-kos yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
23:11 03.08.2025
Oxunuş sayı: 705