Xaçmazda meşədə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar
telefon xəttinə Xaçmaz rayonu, Qımılqışlaq kəndində meşə zolağında yanğın
olması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal
sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri
çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə
yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi
Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti əraziyə cəlb
olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat
veriləcək.
19:56 03.08.2025
Oxunuş sayı: 822