“Turan Tovuz” Albaniya klubuna uduzub

Türkiyədə
təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası növbəti yoxlama
oyununu keçirib.
Crossmedia.az
xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv Albaniya təmsilçisi
“Flamurtari” ilə üz-üzə gəlib.
Qarşılaşma
rəqibin qələbəsi ilə bitib - 1:0.
Qeyd
edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü"
(0:0) və "Çorum" (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun
5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq.
20:12 02.08.2025
Oxunuş sayı: 590