ABŞ: Qətərdən Suriyaya enerji dəstəyi – Azərbaycan qazı ilə 5 milyon ev işıqlanacaq

ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qətərin Suriyaya yönəlik enerji təşəbbüsünü tam maliyyələşdirməsinə görə minnətdarlığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Barak “X” sosial platformasında paylaşım edib.
“Suriyaya yönəlmiş həyati qaz təşəbbüsünü tam maliyyələşdirdiyi üçün Qətərə səmimi təşəkkürlərimizi bildiririk. 2 avqustdan etibarən Azərbaycan qazı Türkiyə üzərindən nəql olunacaq və bu qaz 800 meqavat elektrik enerjisi hasil edilməsinə imkan verəcək. Nəticədə 5 milyon ev işıqla təmin olunacaq. Bu, çətin bir dövrdə humanitar vəziyyətin yüngülləşdirilməsi və bölgədə sabitliyin təmin olunması baxımından olduqca vacib bir addımdır. Qətərin və onun rəhbərliyinin bu təşəbbüsü – tərəfdaşlıq və dostluğun parlaq nümunəsidir".
Xumar Emilqızı
20:38 01.08.2025
Oxunuş sayı: 1279