Yanğın söndürülüb YENİLƏNİB 2

22:15
Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Crossmedia.az Nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə, içərisində təmirə dayanmış “LAND ROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyyat hissələri yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.
21:27
Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Crossmedia.az xəbər verir ki, bununlar bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə, içərisində təmirə dayanmış “LAND ROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyyat hissələri yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.
18:03
Bakının köhnə Günəşli qəsəbəsində avtoservis yanır.
Crossmedia.az Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.
Hadisənin səbəbi məlum deyil.
22:15 01.08.2025
Oxunuş sayı: 1204