Generalla müsahibə: "Azərbaycanda NATO hərbi bazasının yaradılması..." - ANONS

Azərbaycanın ordusunun əfsanəvi hərbçisi,"Horadiz" əməliyyatının rəhbərlərindən biri Yaşar Aydəmirov Crossmedia.az-a geniş müsahibə verib. O, müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlardan, Azərbaycan- Rusiya münasibətlərindən, Üçüncü dünya müharibəsi ehtimalından və digər məsələlərdən danışıb.
Müsahibədən əsas fikirləri təqdim edirik:
- "Hər bir zabit müharibədən qalib çıxacağımıza inanırdı".
- "Ermənilər elə bilirdi ki, Ağdam istiqamətində hücuma keçəcəyik".
- "Naxçıvanın Kərki kəndi də Azərbaycana qaytarılacaq".
- "Azərbaycanın inkişaf etməsi Rusiyanı narahat edir".
- "Azərbaycan NATO hərbi bazasının yaradılması..."
Müsahibə yaxın günlərdə dərc olunacaq.
Kənan Novruzov
13:33 01.08.2025
Oxunuş sayı: 1375