"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"

Kiprin
"Omoniya" klubunun baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqasının
III təsnifat mərhələsində üz-üzə gələcəkləri "Araz-Naxçıvan"ı yaxşı
komanda adlandırıb.
Crossmedia.az
yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Gürcüstanda “Torpedo”ya 4
cavabsız qolla qalib gəldikləri II təsnifat mərhələsinin cavab matçından sonra
bu barədə açıqlama verib.
O,
oyundan və hesabdan razı olduqlarını söyləyib:
"Növbəti
raundda daha yaxşı kollektivlərlə üz-üzə gələrik. "Aris"in oynadığı
yaxşı komandadır. Futbolda hər şeyin yaxın nəticələrə görə dəyərləndirildiyini
də bilirik".
Qeyd
edək ki, "Araz-Naxçıvan" III təsnifat mərhələsində
"Omoniya" ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi ilk matçını
avqustun 7-də Bakıda, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.
09:56 01.08.2025
Oxunuş sayı: 922